Modern.az

“Taxıl sazişi” ilə bağlı danışıqlar sabah keçiriləcək

“Taxıl sazişi” ilə bağlı danışıqlar sabah keçiriləcək

Dünya

2 May 2023, 15:28

Ukraynadan taxılın daşınması üzrə sazişin uzadılması ilə bağlı danışıqların növbəti raundu mayın 3-də keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, BMT-nin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan danışıqlarda bütün tərəflər iştirak edəcək. Görüşün yeri barədə məlumat verilməyib. 

 

Xatırladaq ki, “taxıl sazişi” 2022-ci ilin iyulunda Türkiyədə imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!