Modern.az

Erməni mayor rüşvət alarkən TUTULDU

Erməni mayor rüşvət alarkən TUTULDU

Dünya

5 May 2023, 17:58

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi (mayor) rüşvət alarkən tutulub.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsi vətəndaşın müraciəti əsasında əməliyyat keçirib.

 

Məlumata görə, Ermənistan vətəndaşı pasport almaq üçün Silahlı Qüvvələrdə qeydiyyata düşmək istəyib. Bunun üçün ondan 150000 dram (700 manat-red) rüşvət istəyiblər. Nazirliyin vəzifəli şəxsi həmin vətəndaşdan göstərilən məbləği alarkən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı