Modern.az

Ukrayna üçün 1 milyard dollar yardım TƏSDİQLƏNDİ

Ukrayna üçün 1 milyard dollar yardım TƏSDİQLƏNDİ

Dünya

5 May 2023, 19:17

Avropa İttifaqı Sülh Fondu çərçivəsində Ukraynaya sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

 

Bu vəsaitlə Ukraynaya 155 mm çaplı artilleriya mərmiləri və sifariş əsasında raketlər veriləcək. Sursatlar Aİ-yə üzv dövlətlər tərəfindən birgə alınacaq.

 

“Əvvəlki qərarla birlikdə biz bu məqsədlə 2 milyard avro ayırırıq, Aİ-nin Ukraynaya ümumi hərbi dəstəyini 5,6 milyard avroya çatdırırıq”, - Aİ-nin baş diplomatı Cosep Borrell bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV