Ukrayna prezidenti Volodimir Zelenski amerikalı konqresmenlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Ukraynaya belə bir səfər ABŞ-ın dövlətimizə və bütün Ukrayna xalqına güclü dəstəyinin siqnalıdır. Biz hər iki palatadan və iki partiyadan güclü dəstəyi yüksək qiymətləndiririk", - Zelenski bildirib.
O, Birləşmiş Ştatların Ukraynaya göstərdiyi hərtərəfli yardıma görə təşəkkür edib.
"Yardımın davam etdirilməsi Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizədə uğurunun açarıdır", - Zelenski vurğulayıb.