Modern.az

"Nemezis" abidəsi barədə qərar yanlış idi - Paşinyan 

"Nemezis" abidəsi barədə qərar yanlış idi - Paşinyan 

Dünya

5 May 2023, 23:16

Ermənistanın Baş naziri Nikol Paşinyan “Nemezis” abidəsi ilə bağlı yanlış qərar verildiyini bildirib.

 

Modern.az xəbər verir ki, o, bu barədə “Azadlıq” radiosuna müsahibəsində danışıb.

 

Paşinyan abidənin ucaldılması qərarını hökumətin vermədiyini diqqətə çatdırıb.

 

“Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib”, - Paşinyan vurğulayıb.

 

Qeyd edək ki, abidənin açılışından sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı