Modern.az

Türkiyə hava məkanını Paşinyanın təyyarəsi üçün bağladı

Türkiyə hava məkanını Paşinyanın təyyarəsi üçün bağladı

Dünya

5 May 2023, 23:41

Türkiyə Baş nazir Nikol Paşinyana xidmət edən təyyarə daxil olmaqla, Ermənistanın VIP təyyarələri ilə üçüncü ölkələrə uçuşlar üçün öz hava məkanını bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Türkiyənin hava məkanından hər gün uçuşlar edilirdi. İndi biz Paşinyanın təyyarəsi üçün də, VİP-lər üçün də bağlamışıq, bizdən inciməsinlər. Yalnız Ermənistan parlamentinin spikeri gəldi. QDİƏT-in iclasına biz sammitə ev sahibliyi etdik, ona görə də təşkilat üzvü üçün hava məkanını bağlamaq mümkün olmadı”, - Çavuşoğlu qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV