Modern.az

Ukraynada həlak olan mülki şəxslərin SAYI

Ukraynada həlak olan mülki şəxslərin SAYI

Dünya

9 May 2023, 00:50

24 fevral 2022-ci ildən 2023-cü il mayın 8-dək Ukraynada 8791 dinc sakin həlak olub, 14 815 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Ölənlərin 3977-si kişi, 2367-si qadın, 271-i oğlan, 217-si qızdır. 1928 böyük və 31 uşağın cinsiyyətini müəyyən etmək mümkün olmayıb.

 

Yaralıların 4088-i kişi, 2730-u qadın, 433-ü oğlan, 309-u qızdır.

 

Qeyd olunub ki, bu rəqəmlər təsdiqlənmiş məlumatlar əsasında hazırlanıb, realda ölən və yaralananların sayı daha çox ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV