Modern.az

Hindistanda toqquşmalarda 60 nəfər ölüb

Hindistanda toqquşmalarda 60 nəfər ölüb

Dünya

9 May 2023, 08:27

Hindistanın şimal-şərqində yerləşən Manipur ştatında etnik zəmində toqquşmalar nəticəsində ölənlərin sayı 60-a çatıb, 231 nəfər müxtəlif bədən xəsarəti alıb.

 

Modern.az xəbər verir ki, ştatın böyük naziri Nonqthombam Biren Sinqh mayın 3-də başlayan toqquşmalar nəticəsində təxminən 1700 evin yandırıldığını və dağıdıldığını bildirib.

 

O, qanlı hadisələr nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 20 min sakinə, habelə köməksiz vəziyyətdə olan 10 min nəfərə hökumətin dəstək göstərdiyini deyib.

 

Qeyd edək ki, ştatın əhalisinin təxminən 60 faizini təşkil edən hindu meytey icması ilə Naqas və Kukis xristian qəbilələri arasında onilliklər boyu davam edən düşmənçilik münasibətlərinin yenidən qızışması qanlı toqquşmalara səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV