Modern.az

Çin kanadalı diplomatı ölkədən QOVUB

Çin kanadalı diplomatı ölkədən QOVUB

Dünya

9 May 2023, 16:26

Kanadanın Ottavadakı Çin konsulluğunun əməkdaşına ölkəni tərk etməyi əmr etməsinə cavab olaraq rəsmi Pekin çərşənbə axşamı Kanada diplomatını ölkədən çıxardığını elan edib.

 

Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik Kanadanın hərəkətlərinə "qətiyyətlə qarşı çıxdıqlarını" deyib və bu addımla “Kanadanın vicdansız hərəkətinə qarşı cavab tədbiri gördüklərini” bildirib.

 

Çin rəsmiləri Kanada diplomatı Cennnifer Lin Lalondedən mayın 13-dək ölkəni tərk etməsini tələb etdiklərini və Pekinin "cavab olaraq əlavə tədbirlər görmək hüququnu özündə saxladığını" söyləyiblər.

 

Kanadanın Pekindəki səfirliyi diplomatın ölkədən çıxarılma qərarı ilə bağlı şərh verməyib. 

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV