Modern.az

28 mayı Türk Əsrinin müjdəçisi edəcəyik - Ərdoğan

28 mayı Türk Əsrinin müjdəçisi edəcəyik - Ərdoğan

Dünya

16 May 2023, 10:36

"Cümhur İttifaqı" olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağını alnımızın ağı ilə verdik. Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O qeyd edib ki, növbəti mərhələ mayın 14-də əldə edilən uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır.

 

"Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, zəlzələ qurbanları yaraların tezliklə sağalmasını gözləyir. Allahın izni ilə 28 mayı Türk Əsrinin müjdəçisi edəcəyik. Mən sizə inanıram", - Ərdoğan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ramiz Mehdiyevin milyardları əlindən alınır - Şok sərvət siyahısı - Xəbəriniz Var?