Modern.az

Çavuşoğlu şəhid ailələrinə başsağlığı verdi

Çavuşoğlu şəhid ailələrinə başsağlığı verdi

Dünya

17 May 2023, 10:34

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Şırnakda şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

 

"Şırnakda bölücü terror təşkilatı PKK ilə atışmada şəhid olan qəhrəman vətən övladlarımıza Allahdan rəhmət, qiymətli ailələrinə və milllətimizə səbir diləyirəm. Başımız sağ olsun. Daxildə və xaricdə xainlərə göz açdırmayacaq, terrorun hər cürünə qarşı mübarizəmizi qərarlı şəkildə davam etdirəcəyik!", - deyə o bildirib.

 

Qeyd edək ki, Türkiyə ordusu dünən 5 şəhid verib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV