Modern.az

BMT baş katibindən Ərdoğana TƏŞƏKKÜR

BMT baş katibindən Ərdoğana TƏŞƏKKÜR

Dünya

17 May 2023, 20:27

BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin uzadılmasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

"Prezident Ərdoğana və Türkiyə hökumətinə Qara Dəniz Taxıl Təşəbbüsündə BMT ilə koordinasiyada çalışdıqları üçün təşəkkür edirəm", - Baş katib deyib.

 

Xatırladaq ki, Ərdoğan Ukraynadan taxıl məhsullarının daşınmasını nəzərdə tutan sazişin daha iki ay müddətinə uzadıldığını açıqlayıb. Məlumatı Rusiya Xarici İşlər Nazirliyi də təsdiq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV