Modern.az

Kraliçanın dəfn mərasiminə nə qədər pul xərclənib?

Kraliçanın dəfn mərasiminə nə qədər pul xərclənib?

Dünya

18 May 2023, 19:56

Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə 161.7 milyon funt-sterlinq xərclənib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın maliyyə nazirinin birinci müavini Con Qlen məlumat verib.

 

O qeyd edib ki, vəsait 11 günlük milli matəmə və kraliçanın dəfninə xərclənib. Nazir müavini Elizabetin vəfatının və matəm dövrünün “böyük ümummilli əhəmiyyətə malik” olduğunu bildirib.

 

Daxili İşlər Nazirliyi mərasim zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün 73,68 milyon funt-sterlinq xərcləyib.

 

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV