Modern.az

Bəşər Əsəd uzun müddət sonra Səudiyyəyə səfər edib

Bəşər Əsəd uzun müddət sonra Səudiyyəyə səfər edib

Dünya

18 May 2023, 22:18

Suriya prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi məlumat yayıb.

 

Əsəd sonuncu dəfə 2010-cu ildə Liviyada Ərəb Dövlətləri Liqasının sammitində iştirak edib.

 

O, Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına eniş edib. Suriyanın “əl-Vətən” qəzeti yazır ki, Bəşər Əsəd bu axşam, mayın 18-i və cümə günü səhər ikitərəfli görüşlərdə bir sıra liderlərlə görüşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır