Modern.az

Çin Xəzər üzərindən nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləyir

Çin Xəzər üzərindən nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləyir

Dünya

19 May 2023, 08:55

Çin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin qurulmasını dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu Çin lideri Si Cinpin Mərkəzi Asiya ölkələri dövlət başçıları ilə görüşündə deyib.

 

O, Çinin Mərkəzi Asiya ölkələri ilə transsərhəd daşımaların həcmini artıracağını diqqətə çatdırıb.

 

Si Cinpin əlverişli coğrafi mövqeyi sayəsində Mərkəzi Asiyanın Avrasiyada əlaqə üçün vacib qovşaq olma əsaslarına, şərtlərinə və üstünlüklərinə malik olduğunu deyib, ölkəsinin Çin-Avropa yük qatarlarının fəaliyyəti üçün nəqliyyat hablarının inşasını sürətləndirəcəyini deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV