Modern.az

Zelenski Sunakla bir həftədə iki dəfə görüşdü

Zelenski Sunakla bir həftədə iki dəfə görüşdü

Dünya

20 May 2023, 14:42

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Zelenskinin mətbuat xidmətindən bildirilib.

 

O, Rusiya ilə müharibədə Kiyevə verdiyi dəstəyə görə Sunaka təşəkkürlərini çatdırıb. Tərəflər Ukrayna prezidentinin mayın 14-də Britaniyaya səfəri zamanı əldə olunan razılaşmaların icrası barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!