Uğursuzluqlarının səbəbini özlərində axtarmaq əvəzinə hər dəfə vətəndaşlarımızı günahlandırırdılar. İnşallah, mayın 28-də hamımız bu təkəbbür abidələrinə “bəsdir” deyəcəyik.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.
Anadolu irfanının sembol isimlerinden merhum Neşet Ertaş’ın yürek tellerimizi titreten o güzel türküsünü siyasette kendimize rehber edindik.
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 21, 2023
“Dost elinden gel olmazsa varılmaz” dedik, “rızasız bahçenin gülü derilmez” dedik, “kalpten kalbe bir yol vardır görülmez” dedik.…