Dağıstanın Kavkaz şossesində avtobus, minik avtomobili və yük maşınının iştirakı ilə qəza baş verib.
Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza zamanı 8 nəfər ölüb, daha 8 nəfər isə yaralanıb.
Teleqram kanalları isə 9 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirir.
Respublika Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına əsasən, hadisə zamanı avtobusda 25 nəfər olub. Yaralılar xəstəxanalara çatdırılıb.