Modern.az

Dağıstan da silkələndi - 5.9 ballıq zəlzələ

Dağıstan da silkələndi - 5.9 ballıq zəlzələ

Dünya

4 İyul 2023, 00:50

Dağıstanda 5,9 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Mahaçqala şəhərinin sakinləri yeraltı təkanları hiss ediblər.

 

"Dərbənddən 100 kilometr aralıda, Azərbaycan istiqamətində 10 kilometr dərinlikdə 5,9 bal gücündə zəlzələ baş verib", - Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsindən bildirilib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi