Modern.az

Şotlandiyada kralın tacqoyma mərasimi keçirildi

Şotlandiyada kralın tacqoyma mərasimi keçirildi

Dünya

5 İyul 2023, 22:54

İyulun 5-də Şotlandiyada Kral III Çarlz və Kraliça Kamillanın tacqoyma mərasimi keçirilib. 

 

Modern.az xəbər verir ki, mərasim Edinburqda yerləşən Müqəddəs Egidio Katedralində baş tutub.

 

Londondakı Vestminster Katedralində tacqoyma mərasimindən səkkiz həftə sonra krala Şotlandiya tacı, əsa və qılınc təqdim edilib.

 

Mərasimdə Şotlandiyanın Rotsi hersoqu, Uels şahzadəsi iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...