Modern.az

Göyçədəki zəlzələ İğdırda da hiss olundu

Göyçədəki zəlzələ İğdırda da hiss olundu

Dünya

21 Avqust 2023, 14:19

Türkiyənin İğdır vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Aralık rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Qeyd edək ki, zəlzələnin episentri Ermənistanın Geğarkunik vilayətində (Göyçə) yerləşib və Azərbaycanın sərhədyanı rayonlarında da hiss olunub.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!