Modern.az

Paşinyana yumurta atan diaspor rəhbəri "persona non-qrata" olmaq istəmir

Paşinyana yumurta atan diaspor rəhbəri

Dünya

21 Avqust 2023, 16:27

"Fransadakı Erməni Təşkilatları Şurasının həmsədri Murad Papazyan Ermənistanda hüquqları bərpa olunmasa, AİHM-ə müraciət edəcək".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Papazyanın vəkili Siranuş Saakyan bildirib.

 

Belə ki, Papazyan məhkəmədən onun adının xarici vətəndaşlar üçün tərtib edilmiş "persona non-qrata" siyahısından çıxarılmasını Milli Təhlükəsizlik Xidmətindən tələb etməsini istəyir.

 

Hakimiyyət orqanlarının bildirdiyinə görə, Papazyan etiraz aksiyalarında iştirak edib və o, baş nazir Nikol Paşinyanın maşınına yumurta atıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu