Modern.az

Belçika XİN başçısı gürcü həmkarı ilə görüşdü

Belçika XİN başçısı gürcü həmkarı ilə görüşdü

Dünya

23 Avqust 2023, 16:12

Belçikanın XİN başçısı Haca Lahbib gürcüstanlı həmkarı İlia Darçiaşvili ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat X-də yazıb.

 

Görüş Lahbibin Gürcüstana səfəri çərçivəsində baş tutub.

 

"Əlaqələrimizin daha da möhkəmlənməsi və iqtisadi imkanları dəyərləndirdik. Dayanıqlı islahatlar yolu ilə Gürcüstanın Aİ namizədliyi ilə bağlı fəaliyyətini dəstəklədiyimizi bir daha ifadə etdim", - paylaşımda deyilir.

 

Qeyd edək ki, Lahbib bundan əvvəl İrəvanda səfərdə idi. Onun Bakıya səfəri də nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı