Modern.az

Vardanyan 8 nəfərlə birlikdə Arutyunyanı devirmək istəyir - ŞOK AÇIQLAMA

Vardanyan 8 nəfərlə birlikdə Arutyunyanı devirmək istəyir - ŞOK AÇIQLAMA

Dünya

23 Avqust 2023, 17:05

Qarabağdakı erməni separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyan 8 nəfərlə birlikdə separatçıların “rəhbəri” Arayik Arutyunyanı vəzifəsindən uzaqlaşdırmağa çalışır.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim fraksiyasından olan deputat Andranik Köçəryan "1in TV"yə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Arutyuyanın devrilməsindən sonra “idarəetmə” müxalifətin əlinə keçəcək. "Müxlifət" isə Vardanyan və komandasının nəzarətindədir.

 

“Vardanyan və 8-in məqsədi Qarabağda böhran yaratmaq, Ermənistana köçmək və hakimiyyəti öz əllərinə almağa çalışmaqdır. Amma bu baş verməyəcək”, - deyə Köçəryan qeyd edib.

 

O, qeyd olunan 8 nəfərin arasında keçmiş “hakimiyyət nümayəndələri” və “hüquq-mühafizə orqanlarının rəhbərləri”nin olduğunu deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu