Modern.az

Rusiya helikopteri Ukraynanın tərəfinə keçdi - KƏŞFİYYAT

Rusiya helikopteri Ukraynanın tərəfinə keçdi - KƏŞFİYYAT

Dünya

23 Avqust 2023, 17:40

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukrayna kəşfiyyatının uzunmüddətli xüsusi əməliyyatı nəticəsində Rusiya Silahlı Qüvvələrinə məxsus Mi-8 helikopteri Xarkov vilayətinə enib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov Rusiya helikopterinin Ukrayna aerodromuna həqiqətən eniş etdiyini və ekipajla işin davam etdiyini təsdiqləyib, lakin detalların sonra açıqlanacağını bildirib.

 

Məlumata görə, Rusiya təyyarəsi 2 hava bazası arasında uçuş həyata keçirib və Rusiya qırıcıları üçün ehtiyat hissələri daşıyıb.

 

“Ukrayinska Pravda” mənbələrinə istinadən xəbər verir ki, 6 aydan çox davam edən əməliyyat zamanı kəşfiyyat pilotu "şirnikləndirib”. Ailəsi əvvəlcədən Rusiyadan Ukraynaya aparılıb. Təyyarədə pilotla yanaşı, helikopterin əslində hara uçduğunu bilməyən 2 ekipaj üzvü olub. Qəzet yazır ki, onlar öldürülüb.

 

Rusiya hakimiyyəti insidentlə bağlı şərh verməyib və helikopterin itdiyini etiraf etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu