Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana səfər edəcək
Modern.az TRT-yə istinadən xəbər verir ki, səfər İran XİN başçısı Hüseyn Əmir Abdullahianın dəvəti ilə baş tutacaq.
Məlumata görə, Fidan həmkarı ilə danışıqlar aparmaq üçün sabah İranın paytaxtı Tehrana gedəcək.
Səfər çərçivəsində iki ölkə arasında ş hər sahədə əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Nazirlər cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, Hakan Fidan bir neçə gün öncə Rusiyada səfərdə olub. O, Moskvada həmkarı Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.