Modern.az

Paşinyan oğlunu ölkədən çıxarıb?

Paşinyan oğlunu ölkədən çıxarıb?

Dünya

25 Sentyabr 2023, 00:55

Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı Qarabağda baş verən son hadisələrdən sonra ölkədən çıxardığı iddia olunur.

 

Modern.az xəbər verir ki, Aşot Paşinyanım Bolqarıstandan fotosu yayılıb.

 

Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan Aşot Paşinyanın ölkədən kənarda olduğunu təsdiqləyib. Lakin o, Paşinyanın oğlunu ölkədən çıxarması ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Arutyunyan məlumatı tamamilə yalan adlandırıb və bildirib ki, Aşot Paşinyan biznes məqsədilə 5 gündür ölkədən kənardadır. O, səfərin iyun ayından planlaşdırıldığını açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu