Modern.az

Rusiya Xarkova zərbələr endirdi

Rusiya Xarkova zərbələr endirdi

Dünya

2 Oktyabr 2023, 10:08

Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətinə zərbələr endirir.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyanın rəhbəri Oleq Sinequbov bildirib.

 

Bölgədə hava hücumu xəbərdarlığı elan edilib və sakinlər sığınacaqlara çağırılıb. Ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?