Modern.az

Kuleba Borellə görüşdü

Kuleba Borellə görüşdü

Dünya

2 Oktyabr 2023, 11:32

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borellə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Kuleba X-də paylaşım edib.

 

"Ukraynadakı tarixi toplantıda Aİ XİN başçılarını qonaq etməkdən xoşbəxtlik duyuram. Tarixdə ilk dəfə mövcud Aİ sərhədlərindən kənarda. Lakin eyni zamanda gələcəkdəki sərhədlərin içində.

 

Aİ-yə və şəxsən Jozep Borelə ittifaqın Ukraynaya verdiyi sarsılmaz dəstək üçün minnətdaram", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır