Modern.az

Türkiyədə antiterror əməliyyatı - 928 şübhəli saxlanıldı

Türkiyədə antiterror əməliyyatı - 928 şübhəli saxlanıldı

Dünya

3 Oktyabr 2023, 13:54

Türkiyənin 64 əyalətində həyata keçirilən antiterror əməliyyatları nəticəsində 928 şübhəli saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

 

Nazir qeyd edib ki, “Qəhrəmanlar əməliyyatları” çərçivəsində qanunsuz silah daşıyan şəxslərə və silah qaçaqmalçılarına qarşı keçirilən əməliyyatlarda 744 sənədsiz tapança, 24 uzunlüləli tüfəng və 74 sənədsiz ov tüfəngi ələ keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu