Modern.az

Paşinyan Lukaşenkonun "düşməni" ilə görüşdü - VİDEO

Paşinyan Lukaşenkonun "düşməni" ilə görüşdü - VİDEO

Dünya

6 Oktyabr 2023, 11:12

Ermənistanın baş naziri Nikol Paşinyan Belarusun mühacirətdəki müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş İspaniyanın Qranada şəhərində baş tutub.

 

Belə ki, həm Paşinyan, həm də Tixanovskaya Avropa Siyasi Birliyinin toplantısında iştirak edirlər.

 

Qeyd edək ki, Belarusda keçirilən sonuncu prezident seçkilərində namizəd olan Tixanovskaya əksər Qərb ölkələri tərəfindən seçilmiş ölkə başçısı kimi tanınıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı