Yaponiya hökuməti Qarabağdan Ermənistana köçənlər yardım üçün istifadə olunacaq 2 milyon ABŞ dolları məbləğində qrant ayırmağa qərar verib.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu vəsait Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə köçürüləcək.
Belə ki, Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, 1 milyon dollar BQXK-ya, 1 milyon dollar isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsinə veriləcək.
Yaponiya hökumətinin qrantı qeyri-ərzaq mallarının, dərmanların və suyun alınmasına sərf olunacaq.