Ukrayna daha 64 hərbçisinin cəsədini geri alıb.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfinə cavab kimi, beynəlxalq hüquq normalarına uyğun olaraq, Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü ilə əlaqədar həlak olan döyüşçülərin meyitləri də təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl də oxşar mübadilələr baş tutub.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.