Modern.az

Paşinyan Strasburqa gedir - Avroparlamentdə çıxış edəcək

Paşinyan Strasburqa gedir - Avroparlamentdə çıxış edəcək

Dünya

6 Oktyabr 2023, 15:22

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 18-də Fransaya səfər edəcək.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəhbəri Roberta Metsola məlumat verib.

 

Bildirilib ki, Paşinyan Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edəcək.

 

“Mən Ermənistanın baş nazirini plenar iclasda çıxış etməyə dəvət etdim. O, bunu oktyabrın 18-də Strasburqda edəcək”, - Aİ-nin Qranadada qeyri-rəsmi sammiti çərçivəsində keçirilən mətbuat konfransında Metsola açıqlayıb.

 

"Mən gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayıram”, - o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu