Modern.az

İrəvanın xahişi ilə neft və benzin göndəririk - Rusiya XİN

İrəvanın xahişi ilə neft və benzin göndəririk - Rusiya XİN

Dünya

6 Oktyabr 2023, 17:30

"Ermənistan neft məhsulları qıtlığına görə çətin vəziyyətdədir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

"Rusiya İrəvanın xahişi ilə Ermənistana 5 min ton benzin və 20 min ton dizel yanacağı tədarük etməyə başlayıb.  Ermənistandakı səfir Sergey Kopırkinin başçılığı ilə rusiyalı diplomatlar gələn həftə bölgənin hakimiyyət orqanları ilə birlikdə Qarabağdan gələnlərin ehtiyaclarını müəyyən etmək üçün sərhədyanı Sünik vilayətinə səfər edəcəklər", - məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu