Modern.az

Türkiyədə ağır qəza - 6 ölü, 17 yaralı 

Türkiyədə ağır qəza - 6 ölü, 17 yaralı 

Dünya

6 Oktyabr 2023, 22:49

Türkiyənin Qaziantep vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Qəza zamanı yük maşını ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra yük maşını mikroavtobusa, daha sonra isə başqa bir minik avtomobilinə dəyib.

 

Hadisə nəticəsində altı nəfər ölüb, 17 nəfər yaralanıb.

 

Hadisəyə səbəb yük maşınının əyləc sistemindəki nasazlıq olub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!