Modern.az

Kadırovun oğluna Qəhrəman adı verildi 

Kadırovun oğluna Qəhrəman adı verildi 

Dünya

6 Oktyabr 2023, 23:18

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı və Adəm Kadırovun əmisi Adəm Delimxanov "Telegram"da bildirib.

 

“Şübhəsiz ki, əziz qardaşım oğlu Adəm Ramzanoviç müstəsna bacarıqlı, hərtərəfli təhsilli və məqsədyönlü gəncin parlaq nümunəsidir. O, çox gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətləri nümayiş etdirib, həmişə öz inkişafı üçün can atıb”, - deyə Dəlimxanov yazıb.

 

Deputatın sözlərinə görə, Ramzan Kadırovun 15 yaşlı oğlu Quranı əzbər bilir və dərslərində əladır. Delimxanov əlavə edib ki, Adam Kadırov idmanda xüsusi uğur qazanıb, qarışıq döyüş növləri üzrə turnirlərdə bir sıra qələbələr qazanıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Kadırov böyük qızı Ayşat Kadırovaya ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edib.

 

Kadırovun fərmanı ilə 25 yaşlı Ayşat, həmçinin “Çeçenistan Respublikasının xalq artisti” adına layiq görülüb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu