Modern.az

Paşinyan MDB sammitində iştirak etməyəcək?

Paşinyan MDB sammitində iştirak etməyəcək?

Dünya

6 Oktyabr 2023, 23:36

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində xüsusi vasitələrlə iştirak edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

 

“Paşinyan ora gedəcək, ya yox, bilmirəm. Fikrimcə, bunun videokonfrans vasitəsilə olacağı barədə məlumatlar var”, - Rusiya prezidentinin köməkçisi MDB-nin Bişkek sammitində Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında görüşün planlaşdırılıb-planlaşdırılmaması haqda sualı cavablandırarkən deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?