Modern.az

Bayden Çin lideri ilə görüşə bilər 

Bayden Çin lideri ilə görüşə bilər 

Dünya

7 Oktyabr 2023, 08:17

ABŞ Prezidenti Co Bayden Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) noyabrda San-Fransisko şəhərində keçiriləcək zirvə görüşü zamanı Çin lideri Si Cinpinlə görüşün mümkün ola biləcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Bayden belə bir görüşün hələ təsdiqlənmədiyini, amma reallaşması üçün imkan olduğunu deyib.

 

Əgər görüş baş tutarsa, bu, “Böyük iyirmi”lərin ötən ilin noyabrında İndoneziyadakı zirvə görüşündən sonra ilk Bayden-Si görüşü olacaq.

 

“Washington Post” qəzeti Bayden administrasiyasındakı mənbəyə istinadla Ağ Evin noyabrda San-Fransiskoda Bayden-Si görüşü üçün iş apardığını yazıb.

 

Bildirilir ki, ABŞ və Çin diplomatları sentyabrda Vaşinqtonda görüşərək, San-Fransisko zirvə görüşünə dair danışıqlar aparıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu