Modern.az

Mülki təyyarə qəzaya uğradı - 4 nəfər öldü 

Mülki təyyarə qəzaya uğradı - 4 nəfər öldü 

Dünya

7 Oktyabr 2023, 09:15

Avstraliyanın Cənubi Uels ştatında kiçik mühərrikli mülki təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, “Cirrus SR22” tipli təyyarə paytaxt Kanberradan havaya qalxandan bir qədər sonra Kuinbian şəhəri yaxınlığında qəzaya uğrayıb.

 

Polisinin məlumatına görə, təyyarənin yerə çırpılması nəticəsində yanğın meydana gəlib. Yanğın söndürüləndən sonra pilotun və təyyarədə olan 3 uşağın meyiti tapılıb.

 

Qəzanın hansı səbəbdən baş verməsi bilinmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı