Modern.az

İsrail ordusu Qəzzada hərbi əməliyyatlara BAŞLADI

İsrail ordusu Qəzzada hərbi əməliyyatlara BAŞLADI

Dünya

7 Oktyabr 2023, 09:58

İsrail ordusu ölkə ərazisinə raket hücumlarına cavab olaraq Qəzza zolağında hərbi əməliyyata başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

 

Ordu döyüşə hazır vəziyyətə gətirilib, İsrail mediası baş verənləri əsl müharibə adlandırıb.

 

İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi şəkildə orduya çağırıldığını açıqlayıb.

 

İsrailin Qəzza zolağından atəşə tutulması səhər saat 6:30 radələrində başlayıb. Təl-Əviv və Qüdsdə həyəcan təbili çalınıb. Bir nəfərin ölümü ilə bağlı xəbərlər var.

 

Fələstinli silahlıların ölkənin cənubundakı Qəzza zolağında İsrail yaşayış məntəqələrinə soxulması barədə də xəbərlər yayılıb. Ordu sızma ilə bağlı məlumatı təsdiqləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu