Modern.az

HƏMAS İsrailə qarşı əməliyyata başladı 

HƏMAS İsrailə qarşı əməliyyata başladı 

Dünya

7 Oktyabr 2023, 10:50

Fələstinin HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Məhəmməd əd-Deif İsrailə qarşı hərbi əməliyyata başladığını elan edib.

 

Modern.az xəbər verir ki, o, İsrail ərazisinə 5000 raket və mərmi atıldığını vurğulayıb.

 

“Əl-Əqsa tufanı əməliyyatının başlandığını elan edirik", - o deyib.

 

Qeyd edək ki, bu səhər Qəzza zolağından İsrailə onlarla raket atılıb. İsrail ordusu hərbi əməliyyata başlayıb.

 

İsrail ordusu döyüşə hazır vəziyyət elan edib. Yerli media hadisəni “əsl müharibə” adlandırır. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi şəkildə orduya çağırıldığını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı