Modern.az

İsraildə fövqəladə vəziyyət elan edildi

İsraildə fövqəladə vəziyyət elan edildi

Dünya

7 Oktyabr 2023, 16:20

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyət elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb .

 

Nazir, həmçinin hüquq-mühafizə orqanlarına könüllülərin cəlb edilməsi ilə bağlı göstəriş verib. Onun sözlərinə görə, ordu tam döyüş hazırlığındadır.

 

Ben-Qvir əlavə edib ki, Qəzza zolağından hücumlar başlayandan bəri ən azı 22 nəfər ölüb, 500-dən çox insan yaralanıb və daha bir neçə mülki şəxs əsir götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu