Modern.az

İsraildə xüsusi rejim tətbiq olunur 

İsraildə xüsusi rejim tətbiq olunur 

Dünya

8 Oktyabr 2023, 00:50

Qəzza zolağından raket hücumları və HƏMAS yaraqlılarının İsrail ərazisini işğal etməsi ilə əlaqədar bütün ölkə ərazisində xüsusi vəziyyət tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

 

"The Times of Israel" yazır ki, bu rejim İsrail Müdafiə Qüvvələrinin logistika komandanlığına ictimai toplantıları məhdudlaşdırmağa və müəyyən əraziləri blokadaya almağa icazə verir.

 

Xüsusi rejimin nə qədər davam edəcəyi açıqlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır