Modern.az

BMT Livan-İsrail sərhədində patrulları GÜCLƏNDİRDİ

BMT Livan-İsrail sərhədində patrulları GÜCLƏNDİRDİ

Dünya

8 Oktyabr 2023, 10:48

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri Komandanlığı Livan-İsrail sərhədində sabit vəziyyətin qorunması üçün əlavə tədbirlər görüb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin rəsmi nümayəndəsi Andrea Tenenti bildirib.

 

Onun sözlərinə görə, sülhməramlılar İsrailə raket hücumları təhlükəsini nəzərə alaraq, bütün məsuliyyət zonasında patrulları artırıblar.

 

“Qəzzada hadisələrin başlandığı gündən qüvvələr komandanlığı effektiv koordinasiyanı təmin etmək və anlaşılmazlıqlara yol verməmək üçün Livan və İsrail hərbçiləri ilə daimi təmasda olub.

 

Bizim əsas məqsədimiz Livanın cənubunda bütün sərhəd xətti boyunca sabitliyi qorumaq və mülki əhali üçün ciddi nəticələrə səbəb ola biləcək hər hansı eskalasiyanın qarşısını almaqdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu