Modern.az

Hindistanda mağazada yanğın - 14 ölü

Hindistanda mağazada yanğın - 14 ölü

Dünya

8 Oktyabr 2023, 17:18

Hindistanın cənubundakı Karnataka ştatında mağazada baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

 

Yanğın ştatın inzibati mərkəzi Banqalorun Attibele rayonunda qeydə alınıb. Zərərçəkənlər yerli xəstəxanaya aparılıb.

 

Ölənlərin əksəriyyəti mağaza işçiləridir.

 

Mağaza sahibi yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır