Ukrayna prezidenti Volodimir Zelenski Buxarestə rəsmi səfərə yollanıb.
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, o, Rumıniya Prezidenti Klaus İohannislə görüşəcəyini açıqlayıb.
"Bu gün biz təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq, aviasiya və digər müdafiə koalisiyalarının inkişafı, hava hücumundan müdafiəmizin gücləndirilməsi, Qara dəniz regionunda ümumi təhlükəsizlik arxitekturası və tərəfdaşlarımızla əlaqələr haqqında danışacağıq", - Zelenski deyib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.