Modern.az

Bakı və İrəvanın dialoqu vacibdir - ABŞ səfirliyi

Bakı və İrəvanın dialoqu vacibdir - ABŞ səfirliyi

Dünya

10 Oktyabr 2023, 15:12

ABŞ-ın Azərbaycandakı səfirliyi Qafqaz danışıqları üzrə baş müşavir Lui Bononun Bakıya səfəri barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, səfirliyin X-dəki səhifəsində paylaşılan məlumatda deyilir:

 

"Dünən Bakıda olarkən Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın Cənubi Qafqazda davamlı və layiqli sülhün əldə edilməsində tərəflərə dəstəyini müzakirə etmək üçün yüksək səviyyəli rəsmilərlə görüşüb. Uzun müddətdir davam edən bu münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoq vacibdir".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!