Modern.az

Ərdoğan və Putin telefonla DANIŞDI

Ərdoğan və Putin telefonla DANIŞDI

Dünya

10 Oktyabr 2023, 22:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

 

Liderlər regionda humanitar ehtiyacların ödənilməsi üçün hansı təşəbbüslərin həyata keçiriləcəyini qiymətləndirib.

 

Ərdoğan mülki yaşayış məntəqələrinin hədəf alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən birmənalı qarşılanmadığını bildirib.

 

O, Türkiyənin bölgədə əmin-amanlığın təmin olunması üçün hər cür səy göstərməyə davam edəcəyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!