Modern.az

Netanyahunun oğlu da cəbhəyə GÖNDƏRİLDİ

Netanyahunun oğlu da cəbhəyə GÖNDƏRİLDİ

Dünya

10 Oktyabr 2023, 23:40

İsrailin Baş naziri Benyamin Netanyahunun 29 yaşlı oğlu Avner Netanyahu səfərbər olunaraq cəbhəyə göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

 

Avner İsrail Baş nazirin üç övladının ən kiçiyidir, ondan başqa siyasətçinin 45 yaşlı qızı və 32 yaşlı oğlu da var.

 

Avnerin konkret olaraq harada xidmət edəcəyi barədə məlumat verilmir.

 

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, iki gün ərzində İsrail HƏMAS-la müharibəyə 300 min nəfəri səfərbər edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!